ДАТА:

ПОДЕЛИТЬСЯ:

Президент AHKACAM проф. д-р Мехмет Сейфеттин Эрол в ED News оценил двухнедельный ультиматум Трампа России

Похожее

Эта статья также доступна на этих языках: Türkçe English


🇦🇿 Rusiyaya iki həftə vaxt verildi: SÜLH, YOXSA YENİ MÜHARİBƏ?

Rusiyaya iki həftə vaxt verildi: SÜLH, YOXSA YENİ MÜHARİBƏ?

Bu görselin Alt özniteliği boş. Dosya adı: abd-rusya-ukrayna-trt-haber-1756887.jpg

ABŞ Prezidenti Donld Tramp bildirib ki, əgər iki həftə ərzində Ukraynada müharibəni bitirmək mümkün olmasa, ciddi qərarlar vermək durumunda qalacaq.

ANKASAM (Ankara Kriz və Siyasət Araşdırmaları Mərkəzi) rəhbəri, professor Mehmet Seyfettin Erol “EDnews”a açıqlamasında bildirib ki, bu məsələdə Tramın iki seçimi var. Bunlarda birincisi Rusiyaya qarşı sanksiyaları genişləndirmək, ikincisi isə Ukraynaya hərbi yardımı və dəstəyi artırmaq, hətta daha dağıdıcı silahlarla təmin etməkdir. Tramp açıq şəkildə hərbçi göndərə bilməz, lakin bu metod və vasitələrdən istifadə edə biləcəyini əvvəllər də bildirib:

“Trampın Rusiyaya qarşı istifadə etdiyi “şantaj dili” yeni deyil və indiyədək gözlədiyi cavabı ala bilməyib. Əksinə, Rusiya ona “hodri meydan” deyərək, “nə edə bilirsənsə et, biz buna cavab verməkdən çəkinməyəcəyik” mesajını verib. Bu baxımdan, Rusiya İran, Liviya və ya İraq kimi aktorlarla qarışdırılmamalı, nüvə gücü baxımından çəkindirici bir dövlət olaraq qiymətləndirilməlidir”, — eksper vurğulayıb.

Ekspert əlavə edib ki, ABŞ və Rusiya arasındakı gərgin münasibətlərin fonunda, Tramp və Putin Alyaskada zirvə görüşü keçirib və danışıqlar davam edir. Ukrayna məsələsi vasitəsilə iki ölkə arasında gələcəkdə yeni əməkdaşlıq və normallaşma imkanlarının axtarışı sürməkdədir:

“Trampın əsas prioriteti Ukraynada atəşkəs deyil, Rusiyaya qarşı normallaşma prosesini irəlilətmək və bu yolla Rusiyanı Çindən uzaqlaşdırmaqdır. Putin isə daxili və xarici siyasətdəki sıxıntılardan qurtulmaq, yeni təşkilatlanma üçün zaman qazanmaq və üzərindəki sanksiyaları tez bir zamanda aradan qaldırmaqla iqtisadi və siyasi nəfəs almaq istəyir.

ABŞ və Rusiya arasında yeni bir prosesin başlanması istiqamətində Tramp və Putin Ukrayna və Avropa Birliyini vasitə olaraq istifadə etməyə çalışır. Hər iki liderin bu məqamların fərqindədir və hərəkətlərini buna görə tənzimləyirlər. Bu baxımda iki həftəlik müddət ərzində prosesdə böyük dəyişiklik gözlənilmir”, — deyə Mehmet Seyfettin Erol bildirib.

Mədənçi SS

634106-654276874.jpg

Kaynak: https://ednews.net/az/news/expert-opinion/692841-rusiyaya-iki-hefte-vaxt-verildi